“Biz heç vaxt deməmişik ki, Ukraynada müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur” - Putin

17-12-2015, 16:06           
“Biz heç vaxt deməmişik ki, Ukraynada müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur” - Putin
“Biz heç vaxt deməmişik ki, Ukrayna ərazisində müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur. Lakin bu, o demək deyil ki, orada nizamlı Rusiya ordusu var”.

APA-nın məlumatəna görə, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında ukraynalı jurnalistin sualına cavabında deyib. Əsirlərin dəyişdirilməsi barədə suala cavab verən V. Putin bildirib ki, bu proses Kiyev və Donbas arasında “hamını hamıya” prinsipi əsasında həyata keçirilməlidir. Ukraynada həbs olunan rusiyalıların və Rusiyada həbsdə olan ukraynalıların dəyişdirilməsi məsələsinə gəldikdə, o bildirib ki, bu, bərabər səviyyəli olmalıdır.

O, gələn il Ukrayna ilə iqtisadi əlaqələrin pisləşəcəyini də söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru