Qazaxıstan Rusiya mallarını "qara siyahı"ya saldı

26-12-2015, 20:45           
Qazaxıstan Rusiya mallarını "qara siyahı"ya saldı
Qazaxıstanda keçirilən genişmiqyaslı yoxlamada 190 ərzaq növü “qara siyahı”ya salınıb.

Avropa.info xəbər verir ki, qadağa siyahısında Rusiya istehsalı mallar da var. Həmçinin Belarus və Ukrayna istehsalı olan bəzi ərzaq malları da qadağa olunub. Bura şirniyyat, quş əti və məhsulları, makaron məmulatlar, yağlar daxildir.

Rusiyanın “qara siyahı”ya salınmış malları arasında broyler toyuğu, şirniyyatlar var, “Tuc” peçenyeləri var.

“Rollton” firmasının vermişellərində, “Ryaba” mayonezində yüksəl miqdarda kif göbələyi aşkarlanıb. “Kubanskaya semeçka” günəbaxan yağında isə normadan artıq rütubət və uçucu maddələr tapılıb.

Qazaxıstan istehlakçıların hüquqları müdafiəsi fondu bu malların Gömrük İttifaqının tələblərinə uyğun gəlmədiyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru