İran və Rusiyadan dollara "zərbə"...

26-12-2015, 20:47           
İran və Rusiyadan dollara "zərbə"...
Rusiya və İran hesablaşmaları milli valyuta ilə həyata keçirməyə başlaya bilər.

SalamNews xəbər verir ki, bu barədə “Vesti v subbotu” verilişinə müsahibəsində Rusiyanın sənaye və ticarət naziri Denis Manturov məlumat verib: “Biz ticarət həcminin artması və müvafiq olaraq, rublun İran banklarına da daxil olmasından çıxış edərək, rubl-rial hesablamalarının aparılacağını istisna etmirik. Onlar bizim mallarımıza ümid edə biləcəklər.”

Rusiyalı nazirin sözlərinə əsasən, beş il ərzində Rusiya və İran arasında məhsul dövriyyəsinin dəyəri təxminən 5 milyard dollar təşkil edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru