Çin uyğurlara görə fransalı jurnalisti ölkədən çıxarır

27-12-2015, 20:23           
Çin uyğurlara görə fransalı jurnalisti ölkədən çıxarır
Çin terroru dəstəkləməkdə ittiham etdiyi fransalı jurnalistin akkreditasiyasını yeniləməmək qərarını təsdiq edib. Bu isə onun ilin sonunadək Pekini tərk etməli olduğu deməkdir.

"Amerikanın səsi"nin məlumatına görə, Çinin Xarici İşlər Nazirliyi bildirib ki, həftəlik L'Obs jurnalının Pekin müxbiri Ursula Qautier artıq Çində işmək üçün uyğun deyil.

Çin Qautierdən son yazılarından birini dəyişməsini və üzr istəməsini tələb edib. Xanım jurnalist isə ölkəni tərk etməyə üstünlük verdiyini bildirib.

Quitierin ötən ay dərc edilən məqaləsində deyilir ki, Pekin Parisdəki terror aktlarından yararlanaraq müsəlman uyğurlara təzyiqlərə haqq qazandırmağa çalışıb. Məqalədəki bu fikir Çin hakimiyyətinin xoşuna gəlməyib və rəsmi KİV-lər ittiham kampaniyasına başlayıblar.

L'Ob jurnalı isə Fransa ilə Çin arasında iqtisadi, mədəni və diplomatik əlaqələrin möhkəmləndiyi zamanda əməkdaşının ölkədən çıxarılmasını «böyük insident» sayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru