Ukraynada ağır döyüşlər gedir

28-12-2015, 11:00           
Ukraynada ağır döyüşlər gedir
Ukraynada hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında atışma olub. Ukrayna ordusu dekabrın 27-də bildirib ki, bir hərbçi və bir yaşlı qadın həlak olub. Bu atışma tərəflər arasında bayram atəşkəsi elan olunmasına baxmayaraq baş verib.

ATƏT də elə həmin gün müşahidəçilərinin Mariupol şəhəri yaxınlığında atəşə tutulduğunu bildirib. Bu şəhər hökumətin nəzarətindədir.

Ukrayna ordusunun sözçüsü Oleksandr Motuzyanyk jurnalistlərə deyib ki, separatçılar Kiyev qüvvələrinə yüngül silahlar, qumbaraatanlar, pulemyotlar, minaatanlar və tankla hücuma keçiblər. Bu hücum separatçıların tutduğu Donetskdən 55 km şimalda yerləşən Zaitseve kəndində baş verib.

“Son 24 saat ərzində… bir əsgər öldürülüb, üçü yaralanıb”, Motuzyanyk deyib.

Dekabrın 23-də Milad və Yeni il bayramları üçün atəşkəs elan olunub. Ancaq tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru