Putinin 80 adamı həbs edildi

28-12-2015, 11:18           
Putinin 80 adamı həbs edildi
Serbiya polisi ölkə tarixinin ən böyük antikorrupsiya əməliyyatını həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Əməliyyat nəticəsində 80 məmur həbs edilib. Həbs edilənlər sırasında keçmiş ticarət naziri və bir neçə məşhur Serbiya siyasətçisinin olduğu bildirilib.

Əməliyyatdan sonra mətbuata açıqlama verən Serbiyanın Daxili İşlər naziri Neboyşo Stefanoviç bunun sadəcə başlanğıc olduğunu bildirib:

“Bizim əlimizdə məmurların son 10 ildə hansı korrupsiya əməliyyatları həyata keçirdikləri haqqında sübutlar var. Əməliyyatlar davam edəcək və heç kimə aman verilməyəcək”.

Qeyd edək ki, dekabrın ortalarında Avropa Birliyi Serbiyanın təşkilata üzvlüyü ilə bağlı formal danışıqlara start verib. İlkin ehtimallara görə, bu əməliyyatlar Avropa Birliyinin tələbi ilə həyata keçirilib. Bəzi mənbələr həbs olunan şəxslərin Rusiya tərəfdarı olduğu və Moskvanın ölkədəki əsas dayaqları hesab edildiyini bildirib.
0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru