İstintaq Nemtsovun qətlinin sifarişçisinin adını açıqladı

29-12-2015, 12:36           
İstintaq Nemtsovun qətlinin sifarişçisinin adını açıqladı
Rusiya İstintaq Komitəsi tanınmış müxalif siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslərə elan etdiyi ittiham aktını yekunlaşdırıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, komitə qətlin əsas sifarişçisinin adını da açıqlayıb.

“Bu gün istintaq tədbirləri çərçivəsində Zaur Dadayev, Anzor və Şadid Qurbaşev qardaşları, Tamerlan Əsgərxanov və Həmzət Baxayevə mütəşəkkil cinayətkar dəstə tərkibində qətl törətmək və qanunsuz odlu silah əldə etmə, gəzdirmə faktı ilə bağlı yekun redaksiyada ittiham aktı elan olunacaq”.

İsitntaq Komitəsi qətlin təşkilatçısı və sifarişçisi qismində bu gün Rusiya sərhədlərindən kənarda olan Ruslan Muxidinovu görür. Muxidinovun Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru