Pakistan İslam İttifaqına daxil oldu

1-01-2016, 20:36           

Pakistan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 34 ölkənin iştirakı ilə terrorizmə qarşı qurulan İslam İttifaqına daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Aizaz Çaduri məlumat verib.

Onun sözlərinə görə, nazirlik Ər-Riyaddan ittifaqın şərtləri barədə məlumat tələb edib:

“Pakistan terrorizmə qarşı yaradılan bu koalisiyaya qatılıb. Buna nə qədər qatqımız olacağı mövzusunda Səudiyyə Ərəbistanından detalları gözləyirik”.

Xatırladaq ki, bir müddət öncə rəsmi İslamabad İslam İttifaqına qoşulmadıqlarını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru