İrana 50 mlrd. dollar məbləğində dondurulmuş aktivlərinə sahib olmaq hüququ verilib

17-01-2016, 07:38           
İrana 50 mlrd. dollar məbləğində dondurulmuş aktivlərinə sahib olmaq hüququ verilib
ABŞ-ın Tehrana qarşı sanksiyaları ləğv etməsi nəticəsində İran dondurulmuş 50 mlrd. dollar məbləğində olan aktivlərinə sahib olmaq hüququ əldə edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ administrasiyasının rəsmi nümayəndəsi Ağ Evin keçirdiyi xüsusi brifinqdə bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb.

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini də Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru