Səudiyyə Ərəbistanında 20 ölkənin birgə hərbi manevri başlayır

15-02-2016, 09:16           

əudiyyə Ərəbistanına “Ra'du'ş Şimal” (Şimalın göy gurultusu) adlı hərbi manevrlərdə iştirak edəcək 20 ərəb və İslam ölkəsinin hərbi birlikləri toplaşır.

APA-nın Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu manevrlər "bölgə tarixinin ən böyük hərbi manevri” adlandırılıb.

Manevrlərin keçirilməsinə səbəb kimi Səudiyyə Ərəbistanı və digər ölkələrin bölgədə sülh və sabitliyi qorumaq, ortaya çıxan problemləri birgə həll etmək mesajı vermələri göstərilib.

Hərbi manevrlərə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Seneqal, Sudan, Küveyt, Maldiv, Mərakeş, Pakistan, Çad, Tunis, Komor, Cibuti, Umman Sultanlığı, Qətər, Misir, Mavritaniya, Mauritius və digərləri qoşulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru