Ermənistan ordusunda istefalar başladı

13-04-2016, 00:04           
Ermənistan ordusunda istefalar başladı
Dağlıq Qarabağda uğursuzluqdan sonra Ermənistanda həm ordu, həm də digər strukturlarda istefalar başlayıb.

Bu haqda Ermənistanın “168 jam” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.

Qəzet yazır ki, Ermənistan ordusunda generallar və yüksək vəzifəli şəxslər istefaya göndərilir: “Hakimiyyət istefaları maksimum dərəcədə gizli saxlamağa çalışır”.

Qəzet qeyd edir ki, Ermənistan diplomatiyası da ordunun uğursuzluğunu daban-dabana izləyir.

“Diplomatik mənbələr xarici işlər naziri Eduard Nalbandyanın vəziyyətinin yaxşı olmadığını deyirlər. Halbuki, bir müddət öncə onun 2017-ci ildən sonra prezident olacağı gözlənilirdi. Lakin Nalbandyan AŞPA-da Sərsəng su anbarı ilə bağlı qəbul olunan qətnamə ilə ilk zəifliyini göstərdi. O, bu qətnaməni “kağız parçası” elan etsə də, reallıqda Azərbaycan bu qətnaməyə istinadən edərək həmin ərazilərə nəzarəti ələ keçirə bilər. Ardınca Qarabağdakı döyüşlərdə Nalbandyan diplomat kimi heç nəyə yaramadığını sübut etdi”, - deyə qəzet yazıb.

publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru