Stratfor Ukraynanın ümidini tam üzdü

18-04-2016, 21:29           
Stratfor Ukraynanın ümidini tam üzdü
Ukrayna tərəfindən Krımın geri qaytarılması ilə bağlı irəli sürülən “Cenevrə+” layihəsi məntiqli olsa da, heç bir uğura səbəb olmayacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında “Stratfor” şirkətinin Avrasiya və keçmiş SSRİ ölkələri üzrə analitiki Loren Qudriç söyləyib. Onun sözlərinə görə, hazırda nə Rusiya, nə Avropa, nə də ABŞ Krım haqqında düşünürlər:

“Krım çox güman ki, uzun illər Rusiyanın əlində qalacaq. Bu mövzu haqqında Rusiya danışmamağa çalışacaq. Moskva üçün bu, Ukraynaya təzyiq vasitəsi yox, faktiki olaraq milli məsələdir. Ümumiyyətlə, Krımın qaytarılması ilə bağlı danışıqlar heç başlamayacaq. Kreml Krımın anneksiyasından uğurla istifadə etdi və xalqın birləşməsinə şərait yaratdı. Krımın geri qaytarılması üçün gərək bütün Rusiya rejimi məhv olsun. Yəni Moskva gərək heç vaxt olmadığı ölkə kimi olsun. Bu isə uzun vaxt tələb edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru