Ukraynadan Putini qəzəbləndirəcək — Qərar

19-04-2016, 00:35           

Ukrayna həbsxanasında saxlanılan Rusiya Kəşfiyyat Xidmətinin əməkdaşları – Yevqeni Yerofeyev və Aleksandr Aleksandrova 14 il hökm oxunub.

Kiyevin Qoloseevski Rayon məhkəməsində Yerofeyev və Aleksandrovun əleyhinə keçirilən davada Rusiyanın Kiyevdəki səfiri Aleksey Qrubiy, Ukrayna millət vəkili Nadejda Savçenkonun vəkili İlya Novinkov, Ukraynalı deputatlar İrina Lutsenko və İvan Krulko da iştirak edib.

Qeyd edək ki, hər iki həbs olunan şəxsin adı Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum olunan ukraynalı pilot Nadejda Savçenko ilə dəyişdirilməkdə hallanırdı.

Xatırladaq ki, Y. Yerofeyev və A. Aleksandrov 2015-ci il mayın 16-da Ukraynanın şərqində Luqansk vilayətində Ukrayna hərbi birliklərinə hücumun təşkilində şübhəli qismində saxlanılmışdı. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru