Azərbaycan və Ukrayna arasında sənədlər imzalanıb - FOTOLAR

14-07-2016, 14:15           
Azərbaycan və Ukrayna arasında sənədlər imzalanıb - FOTOLAR
Azərbaycan və Ukrayna arasında rəsmi sənədlər imzalanıb.

APA-nın xəbərinə görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov hava nəqliyyatı vasitəsilə malların daşınması zamanı baş verən gömrük pozuntuları ilə mübarizədə gömrük orqanlarının qarşılıqlı əməkdaşlığı haqqında sənədə imza atıblar.

İki ölkənin müvafiq nazirlikləri arasında 2016-2020-ci illərdə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair proqram imzalanıb.

Daha sonra Azərbaycan prezidenti İlham Əlyev və Ukrayna prezidenti Pyotr Poroşenko Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru