KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb

Bu gün, 12:28           
KİV: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb
ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İranla bağlı mümkün gələcək addımları müzakirə edib.

TEREF APA-ya istinadən xəbər verir ki, görüş ABŞ liderinin Vircina ştatındakı qolf klubunda baş tutub. Görüşdə Vitse-prezident Cey. Di. Vens, Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak ediblər.

Qeyd olunur ki, Ağ Ev rəhbərinin yaxın günlərdə milli təhlükəsizlik komandası ilə daha bir görüş keçirməsi gözlənilir.

Telekanalın məlumatına görə, Pentaqon ABŞ Prezidentinin İrana qarşı hərbi əməliyyatların bərpasına qərar verəcəyi halda, bir neçə mümkün zərbə planı hazırlayıb.

CNN bildirir ki, potensial hədəflər siyahısına İranın enerji obyektləri və mühüm infrastruktur qurğuları daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru