Trampın 3,4 milyon dollarlıq "qolf səfəri" başladı

2-11-2025, 10:04           
Trampın 3,4 milyon dollarlıq "qolf səfəri" başladı
ABŞ Prezidenti Donald Tramp golf klubuna yollanıb.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Donald Tramp cümə günü hökumətin fəaliyyətini dayandırmasının ilk tam ayını Demokratları günahlandırmaqla və Floridaya 3,4 milyon dollarlıq qolf səfərinə çıxmaqla qeyd etdi”, – "The Huffpost" yazıb.

Nəşr əlavə edib ki, Trampın yenidən prezident seçilməsindən sonra vergi ödəyicilərinin onun golf səfərlərinə xərclədiyi ümumi məbləğ artıq 60,7 milyon dollara çatıb.

Dövlət başçısı Floridaya bir gün əvvəl gəlib. 31 oktyabrda onun şəxsi iqamətgahı olan Mar-a-Laqo malikanəsində Müqəddəslər Günü ərəfəsində kostyumlu ziyafət keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru