Azərbaycanın ən bahalı futbolçusu kimdir? - Məşhur portal siyahını açıqladı
Bu gün, 08:41
"Qarabağ" klubunun yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasında çıxış edən bahalı futbolçudur.
Bu barədə "Transfermarkt" portalına istinadən xəbər verir.
Portal Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer dəyərlərini yeniləyib.
Kabo-verdeli futbolçunun hazırkı bazar dəyəri 3.5 milyon avro olaraq qiymətləndirilir.
"Sabah"ın müdafiəçisi Timoteuş Puxaç və "Qarabağ"ın qapıçısı Mateuş Koxalski hərəyə 2.5 milyon avro bazar dəyəri ilə siyahıda ikinci və üçüncü yerləri bölüşürlər.
Siyahının altıncısı olan Elvin Cəfərquliyev isə iki milyon avroluq dəyərlə ən baha azərbaycanlı futbolçusu olub.