Tramp: "Si Cinpinlə görüşümüz əbədi sülhü təmin edəcək"

2-11-2025, 12:08           
Tramp: "Si Cinpinlə görüşümüz əbədi sülhü təmin edəcək"
ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə görüşünün hər iki dövlət üçün uğurlu olacağını və əbədi sülhü təmin etməyə imkan verəcəyini hesab edir.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ lideri "Truth Social" platformasında yazıb.

O, bu məsləhətləşmələri G7 və ya G20 qruplarına bənzər olaraq "G2 qrupunun görüşü" adlandırıb.

Xatırladaq ki, Si Cinpin və Trampın görüşü oktyabrın 30-da Pusanda (Cənubi Koreya) baş tutub. Görüş 1 saat 40 dəqiqə davam edib. Məsləhətləşmələrin əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin davamlı inkişafını təmin etməyə çağırıb. O, həmçinin qeyd edib ki, Çin və ABŞ danışıqçıları əsas ticarət-iqtisadi ziddiyyətlərin həllində konsensusa nail olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru