Parisdə məzar yerləri lotereyada oynanılacaq

3-11-2025, 15:38           
Parisdə məzar yerləri lotereyada oynanılacaq
Paris sakinləri qeyri-adi bir lotereyada iştirak edə biləcəklər.

"Kommersant" xəbər verir ki, qaliblər şəhərin məşhur qəbiristanlıqlarında məzar yerlərinin sahibi olacaqlar. Həmin şəxslər antik qəbirlərdə 5, 10, 30, 50 il və hətta daimi dəfn edilmə hüququ əldə edə biləcəklər.

Paris Şəhər Şurası tərəfindən təsdiqlənən bu layihənin məqsədi köhnəlmiş məzarlıq abidələrini qorumaqdır. Bu layihə sakinlərə paytaxtın mərkəzində, yeni dəfnlərin uzun müddətdir mümkün olmadığı yerdə basdırılmaq imkanı təqdim edir.

Şəhər rəhbərliyi vurğulayır ki, layihə eksperimentaldır və nəticələri 2026-cı ildə şəhər şurasına təqdim ediləcək. İdeya uğurlu olarsa, digər Fransa şəhərlərində də bu lotereya tətbiq ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru