Rusiya dünyada ilkə imza atdı: Putindən Britaniyaya xəbərdarlıq

4-11-2025, 08:44           
Rusiya dünyada ilkə imza atdı:
Rusiya Xabarovsk və Poseidon sinifli sualtı qayıqlardan istifadə edərək dünyada dənizdən nüvə zərbələri endirmək qabiliyyəti olan ilk ölkədir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” portalı məlumat yayıb.

Qərb Rusiyanın bu qabiliyyətini dəyərləndirib.

Nəşr qeyd edib ki, Rusiyanın strateji nüvə qüvvələri bir sıra sahələrdə dünya lideridir. “Xabarovsk” və “Poseidon” sualtı qayıq sistemi bunun sübutudur.

Məqalə müəlliflərinə görə, “Poseidon” dərinlikdə döyüş başlıqlarını partlatmaq üçün nəzərdə tutulub və düşmənin sahil ərazilərinə böyük ziyan vura biləcək radioaktiv sunami yaratmaq qabiliyyətinə malikdir.

Məqalədə deyilir ki, okean səthinin altındakı hücumların qarşısını almaq faktiki olaraq qeyri-mümkündür.

Bundan əvvəl Qərb mətbuatı Rusiya prezidenti Vladimir Putinin “Xabarovsk” və “Poseidon” sualtı qayığının xüsusiyyətlərini təsvir etməsini Britaniyaya xəbərdarlıq kimi dəyərləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru