Gürcüstanda Ukrayna vətəndaşlarına sosial yardımın müddəti uzadılıb

27-12-2025, 15:28           
Gürcüstanda Ukrayna vətəndaşlarına sosial yardımın müddəti uzadılıb
Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən Gürcüstana daxil olmuş Ukrayna vətəndaşlarına və Ukraynada daimi yaşamaq hüququ olan şəxslərə sosial-iqtisadi dəstək tədbirlərinin müddəti uzadılıb.

Yenixeber.org xəbər verir ki, Baş nazir İrakli Kobaxidzenin qərarı ilə ailə başına 300 lari (111,3 ABŞ dolları), adambaşına isə 45 lari (17 ABŞ dolları) məbləğində müavinət 1 aprel 2026-cı il tarixinədək veriləcək.

Digər qərara əsasən isə həmin tarixədək Ukraynadakı müharibəyə görə Gürcüstana daxil olan və ölkədə davamlı olaraq qalan Ukrayna vətəndaşları tibbi yardım da ala biləcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]