Rusiya XİN Krım və ona bitişik dəniz əraziləri ilə bağlı beynəlxalq arbitraj işində qələbə qazandığını açıqlayıb

Bu gün, 12:34           
Rusiya XİN Krım və ona bitişik dəniz əraziləri ilə bağlı beynəlxalq arbitraj işində qələbə qazandığını açıqlayıb
Rusiya Xarici İşlər Nazirliyi Qara və Azov dənizlərində, eləcə də Kerç boğazında sahil dövlətinin hüquqları ilə bağlı beynəlxalq arbitraj işində qələbə qazandığını elan edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya XİN Kiyevin Krım və ona bitişik dəniz əraziləri üzərində Rusiyanın suverenliyinə etiraz etmək cəhdlərinin Haaqa Məhkəməsində dəstək almadığını açıqlayıb.

Rəsmi Moskva, həmçinin Ukraynanın Kerç boğazının beynəlxalq statusu ilə bağlı arqumentinin rədd edildiyini bildirib.

"Haaqa Arbitraj Məhkəməsi Kiyevin Rusiyanın Azov dənizinin bütün ərazisi üzərində suverenlik bəyannaməsini beynəlxalq hüququn pozulması kimi tanımaq tələbini rədd edib. Kiyevin Rusiyanın Krım yarımadası və ona bitişik dəniz məkanları üzərində suverenliyinə etiraz etmək səyləri Haaqa məhkəməsində uğursuz olub. Ukraynanın Kerç boğazını hərbi gəmilərin keçməsinə icazə verərək "beynəlxalq" elan etmək cəhdi Haaqa məhkəməsində uğursuz olub", Rusiya XİN-nin açıqlamasında qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru