ADPU tələbəsindən sərt sözlər: Buranı seçdiyimə peşmanam - Abituriyentlərə tövsiyə etmirəm

Bu gün, 12:44           
ADPU tələbəsindən sərt sözlər:
ADPU-da təhsil alan tələbələr olaraq universitetdə yaşanan bəzi problemlərlə bağlı narahatlığımızı bölüşmək istəyirik.

Tələbələr arasında ən çox narazılıq doğuran məsələlərdən biri imtahan nəticələrinin çox gec açıqlanmasıdır. Bəzən nəticələri öyrənmək üçün uzun müddət gözləməli oluruq.

Aztehsil.az xəbər verir ki, eyni zamanda, imtahanlarda qiymətləndirmə ilə bağlı da ədalətsizlik var. Tələbələrin sözlərinə görə, demək olar ki, eyni cavabı yazan şəxslərə fərqli ballar verilir. Çox zaman yaxşı hazırlaşan və dərsi bilən tələbələrin də gözlənilmədən aşağı qiymət aldığı bildirilir. Bu səbəbdən qiymətləndirmənin nə dərəcədə obyektiv aparıldığı şübhəlidir.

Tələbələr arasında geniş yayılan iddialara görə, məzun olmaq üçün bəzi tələbələrdən yüksək məbləğdə pul tələb olunur. Bu məsələ ilə bağlı narazılıqlar son vaxtlar daha da artıb. Müəllimlərin davranışları isə tələbələrə qarşı yaxşı olmur.

Qeyd olunan problemlərin xüsusilə Riyaziyyat fakültəsində daha çox hiss olunduğu bildirilir. Eyni zamanda, ADPU-nun Quba filialında təhsil alan bəzi tələbələrin də oxşar problemlərdən şikayət etdiyi deyilir.

Yaşanan bu hallar universitet haqqında tələbələrdə mənfi fikir formalaşdırır. Hətta bir çox tələbə gələcək abituriyentlərə bu universiteti tövsiyə etmədiyini bildirir. Onların fikrincə, yenidən seçim etmək imkanları olsaydı, başqa universitetə üstünlük verərdilər.

Ümid edirik ki, səsləndirilən narazılıqlar araşdırılacaq, tələbələrin fikirləri nəzərə alınacaq və qiymətləndirmə prosesində daha çox şəffaflıq təmin ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru