İspaniya ilə oyunda möhtəşəm seyvləri ilə yadda qalan qapıçı fenomen oldu - FOTO

Bu gün, 12:28           
İspaniya ilə oyunda möhtəşəm seyvləri ilə yadda qalan qapıçı fenomen oldu - FOTO
Ötən gün Kabo-Verde milli komandası dünya çempionatlarında debüt edərək İspaniya ilə qolsuz heç-heçə edib. Adalıların 40 yaşlı qapıçısı Vozinya isə 7 qurtarışla yadda qalaraq matçın əsas qəhrəmanına çevrilib.

Oxu.Az xəbər verir ki, bu hadisədən sonra qapıçı sosial şəbəkələrdə böyük populyarlıq qazanıb. Qarşılaşmadan əvvəl onun "Instagram" hesabını təxminən 50 min nəfər izləyirdi. Final fitindən bir saat sonra isə bu rəqəm 1.8 milyon civarında olub. Bu gün isə bu göstərici 5.2 milyon nəfərə çatıb. Qeyd olunub ki, bu rəqəm Kabo-Verdenin ümumi əhalisindən demək olar ki, on dəfə çoxdur. Vozinya qısa müddət ərzində internetdə öz ölkəsinin ən məşhur nümayəndəsi olub. Belə ki, onun hazırda izləyicilərinin sayı ölkəsinin əhalisinin sayından təxminən 10 dəfə çoxdur.

Qeyd olunub ki, FIFA-nın dünya reytinqində üçüncü yerdə qərarlaşan İspaniya millisi ilə qarşılaşmada qapıçı öz qapısını toxunulmaz saxlamağı bacarıb. Qeyd edək ki, Kabo-Verde həmin siyahıda 64-cü pillədə yer alır. Görüş ərzində ispanlar 27 dəfə zərbə endirsələr də, onlardan yalnız yeddisi çərçivəyə tuş gəlib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru