Naxçıvan Dövlət Televiziyasında narazılıq pik həddə - Etiraz aksiyasına başlayacaqları bildirilir

Bu gün, 12:39           
Naxçıvan Dövlət Televiziyasında narazılıq pik həddə -
Naxçıvan Dövlət Televiziyasının əməkdaşları Ali Məclisin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşdıqlarını biuldirirlər. Onlar maaşlarının kəsilməsinə, ifadə azadlığının pozulmasınavə idarədəki korrupsiya etiraz olaraq bu addımı atmağı düşünürlər.
Əməkdaşlar bununla bağlı „Gündəlik Naxçıvan” vasitəsiylə ictimaiyyətə müraciət ünvanlayıblar
Müraciətdə bildirilir ki, televiziyada bir çox əməkdaş 450–500 manat maaşla işləyir, məzuniyyət hüquqları məhdudlaşdırılır, əlavə ödəniş və qonorarların bölüşdürülməsində isə ayrı-seçkiliyə yol verilir:
“Kollektivə qarşı laqeyid münasibət son dövrlər daha da artıb. Naxçıvan Televiziyasının tarixində bəlkə də heç bir dövrdə əməkdaşlara qarşı bu qədər laqeyd münasibət müşahidə olunmayıb. Hazırda bir çox əməkdaş 450–500 manat əməkhaqqı ilə fəaliyyət göstərir. Onsuz da ağır olan sosial vəziyyət fonunda əməkdaşların qanuni hüquqlarının məhdudlaşdırılması kollektivdə narazılığı daha da artırır”.
Narazılıq doğuran əsas məsələlərdən biri də məzuniyyət problemidir. Müraciətdə qeyd olunur ki, bəzi əməkdaşlar iki ilə yaxındır ki, məzuniyyətə buraxılmayıblar. Rəhbərlik isə bu maliyyə çatışmazlığı ilə əsaslandırıır.
Əməkdaşlar qonunrarların bölünməsindən də narazıdırlar:
“Əlavə ödənişlərin və qonorarlar dost-tanışlara verilir, daha sonra bu pullar rəhbərliklə bölüşdürülür. Bəzi şəxslərə yüksək məbləğdə əlavə ödənişlər yazıldığı halda, digərlərinə bu imkan yaradılmır. Qonororlar üçün büdcədən əlavə pullar ayrılır. Bunun nəticəsidir ki, maaşlar kəsilir, işçilər məzuniyyətə buraxılmır.”
Müraciətdə Naxçıvan Televiziyasının rəhbərliyi də tənqid olunur. Əməkdaşların iddiasına görə, rəhbərlik kollektivlə ünsiyyətdə aqressiv davranır, fərqli fikirləri dinləmir və narazılıqlara istehzalı yanaşır. Bildirilir ki, təxminən üç ay əvvəl televiziyada yoxlama aparılsa da, nəticəsi görünməyib.
Müraciətdə qeyd olunduğuna görə, vəziyyət o həddə çatıb ki, hazırda operator və jurnalistlər işdən ayrılmağa hazırlaşdığı bildirilir. Əməkdaşlar illərlə televiziyada çalışan peşəkar kadrların kollektivdən uzaqlaşmasını ciddi siqnal hesab edirlər:
“Kollektivdə narazılıq gündən-günə artır. İnsanlar özlərini dəyərsiz və eşidilməmiş hiss edirlər. Naxçıvan Televiziyası kimi mühüm media qurumunda yaranmış vəziyyət ictimaiyyət və aidiyyəti qurumlar tərəfindən diqqətlə araşdırılmalıdır. Doğma kanalımız günü-gündən məhv olur. İndiyə kimi ən yüksək orqanlara etdiyimiz şikayətlərin heç bir nəticəsi olmayıb. Bu səbəbdən də yaxın günlərdə Ali Məclisin qarşısında ketləvi etiraz aksiyası keçirməyi planlaşdırırıq. ”
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru