Tramp ABŞ Ədliyyə Nazirliyini Epşteyn işi üzrə yeni materialları açıqlamağa çağırıb

28-12-2025, 09:24           
Tramp ABŞ Ədliyyə Nazirliyini Epşteyn işi üzrə yeni materialları açıqlamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp Ədliyyə Nazirliyini azyaşlıların cinsi istismarında ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə yeni materialları dərc etməyə və onunla əməkdaşlıq edən Demokratik Partiya nümayəndələrinin adlarını açıqlamağa çağırıb.

"Report" xəbər verir ki, Tramp müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yayıb.

"Epşteynlə bağlı daha 1 milyon səhifə aşkar edilib. Ədliyyə Nazirliyi bütün vaxtını demokratların uydurduğu bu mistifikasiyaya sərf etməyə məcburdur", – ABŞ Prezidenti yazıb. Onun sözlərinə görə, Epşteynlə əməkdaşlıq edənlər respublikaçılar deyil, məhz demokratlardır. "Onların bütün adlarını açıqlayın, rüsvay edin və ölkəmizə kömək etməklə məşğul olun", – o vurğulayıb.

Tramp həmçinin qeyd edib ki, radikal sol qüvvələrin nümayəndələri bu qalmaqalı qəsdən şişirdirlər ki, ictimaiyyətin diqqətini onun administrasiyasının və Respublikaçılar Partiyasının uğurlarından yayındırsınlar. O baş verənləri yenidən "növbəti cadugər ovu" adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]