Rusiyanın 2026-cı il planları ifşa edildi – Putinin ən böyük arzusu bu imiş…
28-12-2025, 11:54
2026-cı ildə Rusiya Donetsk və Zaporojye vilayətləri üzərində tam nəzarəti ələ keçirməyə çalışacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“Donetsk vilayətinə tam nəzarət, Dnepropetrovsk vilayətində mümkün qədər irəliləmək, həmçinin Zaporojye və Xersonda əməliyyatları davam etdirmək planları var.”
Budanov qeyd edib ki, Rusiya bu məqsədlərini heç vaxt gizlətməyib:
“Bununla yanaşı, sərhəd boyunca bufer zonaların genişləndirilməsi də nəzərdə tutulur. Bütün Zaporojye vilayətinin işğalı isə rusların, xüsusən də Putinin arzusudur”.
Kəşfiyyat rəhbəri bildirib ki, Rusiyanın cari il üçün səfərbərlik planı 403 min nəfərin cəlb olunmasını nəzərdə tuturdu.
“Onlar bu say göstəricisinə dekabrın 2-də çatdılar. Yəni plan təxminən 103% yerinə yetirildi. 2026-cı il üçün isə plan 409 min nəfərdir,” – deyə Budanov vurğulayıb.