Budanov Ukrayna ilə Rusiya arasında sülhün mümkün tarixlərini açıqlayıb

28-12-2025, 11:39           
Budanov Ukrayna ilə Rusiya arasında sülhün mümkün tarixlərini açıqlayıb
Ukrayna və Rusiya arasında danışıqlar prosesi, Moskvanın qarşıya qoyduğu məqsədlər nəzərə alınsa belə, zəruridir.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Suspilne”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, fevral ayında sülh razılaşmasına nail olmaq üçün müəyyən imkan pəncərəsi yarana bilər.

Budanov hesab edir ki, bu dövr həm Rusiya, həm də Ukrayna üçün müəyyən nəticələr əldə etmək baxımından ən əlverişli mərhələdir.

“Bu, hərbi fəallıqla, istilik mövsümü ilə və digər amillərlə bağlıdır. Burada çoxsaylı faktorlar rol oynayır”, – deyə Budanov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]