İran prezidenti: Ölkənin problemlərini təkbaşına həll edə bilmərəm

28-12-2025, 11:08           
İran prezidenti: Ölkənin problemlərini təkbaşına həll edə bilmərəm
Mən dəfələrlə demişəm ki, ölkənin problemləri mənim təkbaşına həll edə biləcəyim yox, bizim birlikdə edə biləcəyimiz problemlərdir.

Bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkənin ali dini rəhbəri Xameneinin saytında yazılanlara cavab olaraq deyib.

İranın ali rəhbərinin saytında qeyd olunub ki, "Qərb mediası" Pezeşkianın ölkəadaxili problemləri həll edə bilməyəcəyini düşünür.

"Biz bütün bu problemləri, sanksiya və təzyiq maneələrini aşacağıq", - Pezeşkian əlavə edib. İslam Respublikasının Prezidenti bildirib ki, əhalinin təminatının yaxşılaşdırılması ilə bağlı 20 bənddən ibarət plan təqdim olunub. Təklifin həyata keçirilməsi üçün parlament və bəzi qurumların iqtisadi qrupları arasında əməkdaşlığa başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]