Hindistanda 11 milyon ton günəş paneli zibilliyə atıla bilər

28-12-2025, 11:34           
Hindistanda 11 milyon ton günəş paneli zibilliyə atıla bilər
Hindistanda günəş paneli tullantıları ilə mübarizə aparmaq üçün lazım olan sənaye miqyaslı potensial mövcud deyil.

Oxu.Az xəbər verir ki, Interestingengineering.com saytı yazır.

Məlumata görə, hökumət subsidiyaları sayəsində təxminən 2.4 milyon hind ailəsi günəş enerjisinə keçib və bu da günəş enerjisinin ölkənin enerji potensialının 20%-dən çoxunu təşkil etməsinə və kömürdən asılılığı azaltmasına kömək edib.

Lakin bu uğur yaxınlaşan ekoloji təhlükədən xəbər verir. Milli maliyyələşdirmənin və ya təkrar emal mərkəzlərinin olmaması səbəbindən Hindistan hələ həll etməyə hazır olmadığı yaşıl tullantı böhranına yaxınlaşır.

Məlumata görə, Hindistanda günəş enerjisi paneli tullantıları 2047-ci ilə qədər 11 milyon tonu keçəcək. Onların təkrar emalı üçünsə 300 təkrar emal mərkəzi lazımdır.

Qeyd edək ki, Hindistanın günəş enerjisi parklarının əksəriyyəti 2010-cu illərin ortalarında istifadəyə verilib. Bu modulların isə 25 illik ömrü var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]