ABŞ 80 illik müttəfiqliyi kəsdi: NATO artıq kağız üzərindədir
29-12-2025, 08:18
ABŞ bu il Avropa ilə uzun müddətdir davam edən müttəfiqliyini kəsdi. Axar.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri məlumat yayıb. “2025-ci ildə ABŞ Avropa ilə uzun müddətdir davam edən səksən illik müttəfiqliyini - yəqin ki, tarixin ən uzunmüddətli ittifaqını - kəsdi. ABŞ ordusu çantalarını yığmayıb və heç bir bazasını bağlamayıb. Hələlik. Şimali Atlantika Alyansı hələ də kağız üzərində mövcuddur", - nəşr bildirib.