Putindən hərbi xidmətlə bağlı qərar: Şok sayda vətəndaş hərbi xidmətə çağırılır
30-12-2025, 11:34
Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə hərbi xidmətə çağırılacaq vətəndaşların sayını müəyyən edən fərman imzalayıb.
Globalinfo.az xəbər verir ki, sənədə əsasən, növbəti il hərbi xidmətə 261 min nəfər çağırılacaq.
Söhbət “Rusiya Federasiyası vətəndaşlarının 2026-cı ildə hərbi xidmətə çağırılması və çağırışla hərbi xidmət keçən vətəndaşların hərbi xidmətdən təxris edilməsi haqqında” fərmandan gedir.
Qeyd edək ki, oktyabrın 28-də Rusiya Dövlət Duması hərbi çağırış prosedurlarına dair yeni qanun qəbul edib. Dəyişikliklərə əsasən, tibbi müayinələr, peşəkar psixoloji yoxlamalar və çağırış komissiyalarının iclasları artıq il ərzində davamlı şəkildə keçiriləcək.
Bununla yanaşı, çağırışçıların hərbi hissələrə göndərilməsi əvvəlki qaydada ildə iki dəfə həyata keçiriləcək: 1 apreldən 15 iyula və 1 oktyabrdan 31 dekabra qədər. Yeni qaydalara əsasən, çağırış komissiyaları vətəndaşların şəxsi iştirakı olmadan da möhlət və ya hərbi xidmətdən azadolma ilə bağlı qərarlar qəbul edə biləcəklər.