Çindən dünyaya böyük jest: Bu tariflər aşağı salınacaq

30-12-2025, 09:24           
Çindən dünyaya böyük jest: Bu tariflər aşağı salınacaq
Çin 2026-cı ildə gömrük rüsumlarının bir hissəsinə düzəliş etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi Dövlət Şurasının Gömrük-Tarif Komissiyasının bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, dəyişikliklər 935-dən çox məhsul növünü əhatə edəcək. Xüsusilə, gələn ildən etibarən litium-ion batareyalarının istehsalında istifadə olunan materiallar da daxil olmaqla, bir sıra xammal məhsullarına idxal rüsumları azaldılacaq.

Bundan başqa, tibbi məhsullar üzrə də güzəştlər nəzərdə tutulur. Belə ki, süni qan damarları, həmçinin yoluxucu xəstəliklərin diaqnostikası üçün nəzərdə tutulan test dəstləri üzrə rüsumların aşağı salınması planlaşdırılır.

Komissiya bildirib ki, bəzi məhsullar üçün tarif dərəcələri Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələrə tətbiq edilən ən əlverişli rejim səviyyəsindən də aşağı müəyyənləşdiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]