Böyük Britaniyada it sahibinin həyatını xilas etdi

30-12-2025, 12:58           
Böyük Britaniyada it sahibinin həyatını xilas etdi
Böyük Britaniyada labrador cinsindən olan it çimərlikdə huşunu itirən sahibinin həyatını xilas edib.

Bu barədə "The Daily Mail" nəşri məlumat yayıb.

Məlumata görə, 71 yaşlı Devid Hovart dənizdə üzdükdən sonra çimərlikdə gəzərkən huşunu itirib. Onun köməyinə Bo adlı iti gəlib. İtin qeyri-adi davranışları yaxınlıqdakı bir qadının diqqətini cəlb edib. Ətrafdakı insanlar huşunu itirən şəxsə ilkin tibbi yardım göstəriblər, daha sonra şəxs xəstəxanaya aparılıb.

Reanimasiyaya yerləşdirilən kişinin ürəyində implantasiya əməliyyatı aparılıb və o, bir həftə sonra evə buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]