Finlandiya dəniz kabelinə ziyan vurulduqdan sonra gəmini saxladı

1-01-2026, 11:24           
Finlandiya dəniz kabelinə ziyan vurulduqdan sonra gəmini saxladı
Finlandiya hakimiyyət orqanları Finlandiya körfəzində iki sualtı kabelin zədələndiyi barədə məlumat daxil olduqdan sonra bir yük gəmisini saxlayıb. Məlumata görə, zədələr ötən gecə iki telekommunikasiya şirkəti tərəfindən aşkar edilib. Kabellər Estoniyanın paytaxtı Tallinni Helsinki ilə birləşdirir. Finlandiya polisinin bildirdiyinə görə, araşdırma zamanı müəyyən olunub ki, gəmi hərəkətdə olduğu vaxt lövbər dənizin dibinə salınıb. Rəsmi məlumatlara əsasən, yük gəmisi Sankt-Peterburqdan İsrailə doğru hərəkət edirmiş və Sent-Vinsent və Qrenadinlər bayrağı altında üzür. Helsinki polisi ağır sabotaj şübhəsi ilə istintaqa başlayıb. Estoniyanın hökumət başçısı Mixal televiziyada bildirib ki, ilkin nəticələrə görə söhbət Rusiyanın “kölgə donanmasına” aid bir gəmidən getmir. Məlumata əsasən, 14 nəfərlik ekipaj Rusiyadan və Rusiyanın qonşu ölkələrindən olan şəxslərdən ibarətdir.
Sarvan Səmədoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]