ABŞ-də iki milyard dollara yaxın pul udan şəxs hələ üzə çıxmayıb

1-01-2026, 16:24           
ABŞ-də iki milyard dollara yaxın pul udan şəxs hələ üzə çıxmayıb
ABŞ-də lotereyada təxminən 1.8 milyard dollar udan Arkanzas ştatının sakini hələ də pulunu almaq üçün müraciət etməyib.

Bu barədə "40/29 News" məlumat yayıb.

Məlumata görə, uduşdan beş gün keçməsinə baxmayaraq, qalib biletin sahibi hələ də lotereya rəsmiləri ilə əlaqə saxlamayıb.

Yerli lotereya qurumunun rəsmisi qalibin tezliklə ortaya çıxacağına ümid etdiyini bildirib. Bununla belə, o, şanslı şəxsə ödəniş mərkəzinə getməzdən əvvəl bütün məsələləri maliyyə məsləhətçisi və ya vəkili ilə müzakirə etməyi məsləhət görüb.

"Daily Mail" nəşri isə yazıb ki, ağlagəlməz məbləğdə pul udan şəxs şirkətin ofislərinin bayramla əlaqədar bağlı olması səbəbindən hələ də mükafatını ala bilməyib.

Xatırladaq ki, ABŞ-nin Arkanzas ştatında Milad ərəfəsində satılan "Powerball" lotereya bileti 1.8 milyard dollar qazanıb və bununla ABŞ tarixində ikinci ən böyük lotereya mükafatlarından biri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]