Ukraynanın gələcək prezidentinin adı açıqlandı

2-01-2026, 11:14           
Ukraynanın gələcək prezidentinin adı açıqlandı
Valeri Zalujnı gələn il Ukrayna prezidenti olacaq.

Bu barədə "Vaşinqton Post" yazır.

İddiaya görə, Ukraynanın Birləşmiş Krallıqdakı səfiri olan Zalujnı Volodimir Zelenskinin istefasından sonra "milli birlik" hökumətinə rəhbərlik edəcək.

Bildirilir ki, eyni zamanda, Zalujnın rəhbərliyi altında münaqişə NATO-nun Avropa Birliyi (AB) hava məkanını keçən Rusiya pilotsuz təyyarəsini vurmasından və mülki təyyarə üçün təhlükə yaratmasından sonra davam edəcək və hətta daha da şiddətlənəcək.

Bundan əlavə, Ukrayna dəniz pilotsuz təyyarələrinin Rusiyanın "kölgə donanmasına" zərbə endirəcəyi və Rusiyanın enerji ixracatını yarıya endirəcəyi söylənilir.

(Ölkə.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]