Bu ölkədə saqqal qırxan bərbərlər həbs ediləcəklər

2-01-2026, 17:24           
Bu ölkədə saqqal qırxan bərbərlər həbs ediləcəklər
Əfqanıstanda kişi saqqallarını qırxan bərbərlər həbs ediləcəklər.

“Yenicag.az” bu barədə “The Telegraph” nəşrinə istinadən xəbər verir.

Ölkədə hakimiyyətdə olan taliblərın tətbiq etdiyi qaydalara əsasən, bu cür bərbərlər məhkəmə orqanlarına sövq ediləcəklər. Onları 15 il müddətinədək həbs cəzası gözləyir.

Bildirilir ki, Qərb tərzində saç düzümü təklif edən bərbərlər də cəzaya məruz qalacaqlar.

Daha əvvəl kişi saqqallarının qırxılması ölkədə qadağan olunmuşdu, lakin həbs cəzası nəzərdə tutulmamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]