Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

2-01-2026, 11:29           
Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod
Çinli tədqiqatçılar səhranın səthini möhkəmləndirməyin yeni üsulunu kəşf ediblər. Bu məqsədlə xüsusi seçilmiş sianobakteriya ştamlarından istifadə olunur.

Moderator.az xəbər verir ki, metod göy-yaşıl yosunların tətbiqi ilə qum təpələrinin bərpa üçün yararlı torpağa çevrilməsini nəzərdə tutur.

Sianobakteriyalar okeanlardan torpağa qədər demək olar ki, bütün mühitlərdə mövcuddur. Saatda 36 kilometr sürətlə əsən küləyə belə davam gətirə bilən sianobakteriya əsaslı torpaq növbəti beş il ərzində Çinin Ninsya bölgəsində 6 667 hektar ərazinin bərpasını təmin edə bilər.

Yağışdan sonra torpaq nəmləndikdə sianobakteriyalar aktivləşir və sürətlə çoxalaraq biokütlə ilə zəngin bir matriks ifraz edirlər. Bu matriks qum hissəciklərini bir-birinə bağlayaraq torpağın sabitliyini artırır.

Qeyd olunur ki, təbii şəraitdə səhrada dayanıqlı torpaq qatının formalaşması 5-10 il çəkə bilər. Göy-yaşıl yosunların yetişdirilməsinə əsaslanan yeni metod isə bu prosesi cəmi bir ilə qədər qısaldır. /oxu.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]