ABŞ-dən Çinə çağırış: "Təzyiqi dayandırın"

2-01-2026, 10:47           
ABŞ-dən Çinə çağırış: "Təzyiqi dayandırın"
Birləşmiş Ştatlar administrasiyası Çini Tayvana hərbi təzyiq göstərməyi dayandırmağa çağırır.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

"Çinin hərbi sahədəki hərəkətləri və Tayvana, eləcə də regionun digər ölkələrinə qarşı ritorikası gərginliyi əsassız olaraq artırır. Birləşmiş Ştatlar Tayvan boğazında sülh və sabitliyi dəstəkləyir və status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə, o cümlədən güc tətbiqinə və ya məcburetməyə qarşı çıxır", - deyə bəyanatda qeyd olunur.

Xatırladaq ki, daha əvvəl Çin ordusu Tayvan adası ətrafındakı akvatoriyada və hava məkanında genişmiqyaslı təlimlərini başa çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]