Çin şirkətləri süni intellekt mütəxəssisləri üçün rekord maaşlar verməyə hazırdırlar

2-01-2026, 15:18           
Çin şirkətləri süni intellekt mütəxəssisləri üçün rekord maaşlar verməyə hazırdırlar
Süni intellekt sahəsində liderlik yarışının qızğın vaxtında Çinin texnoloji şirkətləri istedadlı kadrlar üçün rekord məbləğlər ödəməyə hazırdırlar.

Bu barədə ferra.ru xəbər verir.

Mənbələrin məlumatına görə, "ByteDance" ("TikTok"un sahibi) və "Tencent" aparıcı ekspertləri cəlb etmək üçün maaş və bonus büdcələrini əhəmiyyətli dərəcədə artırıblar.

"ByteDance" əməkdaşlar üçün bonus fondunu ötən illə müqayisədə 35% artırıb və gələcək maaş artımları üçün 150%-lik büdcə ayırıb. "Tencent" isə öz növbəsində rəqiblərindən yüksək ixtisaslı mütəxəssisləri cəlb etmək üçün onlara mövcud maaşlarından iki dəfə yüksək məbləğ təklif edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]