Demokrat.az xəbər verir ki, bu barədə "O Globo" qəzeti Braziliya polisinə istinadla məlumat yayıb.
"Şənbə günü səhər saatlarında Braziliya ilə Venesuela arasındakı sərhəd Rorayma ştatının Pakarayma bölgəsində bağlanıb", - deyə açıqlamada bildirilir.
Braziliya ordusundakı mənbələr nəşrə bildiriblər ki, sərhədin bağlanması ABŞ-ın hücumu səbəbindən Venesuela tərəfində baş verib.
Braziliyanın yüksək vəzifəli rəsmisi jurnalistlərə bildirib ki, Braziliya tərəfi sərhədi bağlamaq üçün heç bir tədbir görməyib və sərhəd "adi rejimdə işləyir".