Kim Çen In taktiki silahların istehsalını iki dəfədən çox artırmağı tapşırdı

5-01-2026, 17:14           
Kim Çen In taktiki silahların istehsalını iki dəfədən çox artırmağı tapşırdı
Şimali Koreya lideri Kim Çen In hərbi zavodda taktiki idarəolunan silahların istehsalı ilə tanış olub və istehsal gücünün 2.5 dəfə artırılması barədə göstəriş verib.

Oxu.Az bu barədə Şimali Koreyanın KCNA dövlət xəbər agentliyinə istinadən xəbər verir.

"Bizim hərbi sənayemiz mövcud vəziyyətə uyğunlaşmaq, eyni zamanda həm cari sursat istehsalını, həm də istehsal xətlərinin modernləşdirilməsini təmin etmək üçün istehsalı və texniki yenilənməni ciddi şəkildə təşkil etməlidir", - deyə Kim Çen In qeyd edib.

Onun sözlərinə görə, Şimali Koreyada istehsal olunan taktiki idarəolunan silahlar yüksək atəş gücünə malikdir və hazırda ordunun balansında olan yaylım atəşli raket sistemlərini tamamilə əvəz etməlidir.

Şimali Koreya lideri vurğulayıb ki, hərbi hissələrin yeni növ silahlarla yenidən silahlandırılması prosesi artıq bu ilin birinci yarısında başlamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]