KİV: Avropada "gözəgörünməz" təyyarələrin istehsalı başlayacaq

5-01-2026, 08:25           
KİV: Avropada "gözəgörünməz" təyyarələrin istehsalı başlayacaq
Avropa İttifaqında radarlara düşməyən (stels texnologiyalı) FMLA çoxfunksiyalı yüngül turbovintli təyyarəsinin istehsalına başlanılır.

"Defence Express" nəşri verir ki, "gözəgörünməz" FMLA (Future Multirole Light Aircraft) layihəsi Avropa Müdafiə Fondunun 2026-cı il proqramı çərçivəsində 15 milyon avro məbləğində maliyyə vəsaiti alıb.

Yeni təyyarə birbaşa atəş dəstəyi, dronların qarşısının alınması, kəşfiyyat, zərbələrin koordinasiyası və hədəf təyini vəzifələrini yerinə yetirmək qabiliyyətində olacaq. FMLA-nın axtarış-xilasetmə işləri də daxil olmaqla mülki missiyalar üçün uyğunlaşdırılması imkanı ayrıca qeyd olunur.

Təyyarə turbovintli mühərriklə təchiz ediləcək, uçuş çəkisi 7.5 tona qədər olacaq və uzunluğu 450 metrdən çox olmayan zolaqlardan qısa uçuş və enişi icra edə biləcək.

Yeni təyyarənin tədarük müddəti hələlik 2035-2040-cı illərə planlaşdırılır ki, bu da layihəni Avropa aviasiyası üçün uzunmüddətli təşəbbüsə çevirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]