Venesueladakı vəziyyət Karib hövzəsindəki ölkələrə təsir etdi - Minlərlə turist hava limanlarında qaldı

5-01-2026, 08:44           
Venesueladakı vəziyyət Karib hövzəsindəki ölkələrə təsir etdi -
ABŞ-nin Venesuelanın paytaxtı Karakasdakı mülki və hərbi obyektlərə zərbələrindən sonra minlərlə turist Karib adalarını tərk edə bilmir.

Oxu.Az bildirir ki, bu barədə turistlər "The Daily Mail" nəşrinə məlumat veriblər.

Nəşr qeyd edir ki, bir çox turist reyslərin cədvəlindəki gecikmələr səbəbindən Karib adalarında qalma müddətinin qeyri-müəyyənliyinə görə narahatdır.

Venesueladakı vəziyyət, ümumilikdə 19 hava limanının, o cümlədən Amerika və Britaniya Virciniya adaları, Puerto-Riko, Sent-Martin, Sent-Lusiya, Barbados və digər adalardakı aeroportların işinə təsir göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]