İranda aksiyalar zamanı azı 16 etirazçı ölüb, 582 nəfər həbs edilib

5-01-2026, 10:58           
İranda aksiyalar zamanı azı 16 etirazçı ölüb, 582 nəfər həbs edilib
İranda həftə ərzində iğtişaşlarda azı 16 nəfər öldürülüb.

Bu barədə İranda fəaliyyət göstərən "HRANA" hüquq təşkilatı məlumat yayıb.

"Bununla yanaşı, 582 nəfər həbs edilib", - məlumatda bildirilib.

Buna səbəb inflyasiyaya qarşı etirazların bütün ölkəni əhatə etməsi və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verməsidir.

Xatırladaq ki, daha əvvəl Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçıların polis idarələrindən birinə daxil olmağa cəhd göstərməsi nəticəsində silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub.

Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]