İran hökuməti vətəndaşlara yardım edəcək: Ayda 20 dollar
7-01-2026, 17:34
İran hökuməti ölkədə bahalaşma fonunda vətəndaşlara aylıq yardım verəcək.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu haqda İran hökumətinin sözçüsü Fatimə Mühacirani açıqlama verib.
Onun sözlərinə görə, yaxın 4 ay ərzində İranın bütün vətəndaşları iqtisadi təzyiqlərin azaldılması məqsədilə hər bir nəfərə aylıq 1 milyon tümən (təxminən 20 ABŞ dolları) məbləğində yardım alacaq.
Mühacirani əlavə edib ki, sözügedən məbləğ artıq hər bir ailə başçısının hesabına köçürülüb və bahalaşmanın insanların satınalma gücünə təzyiqini azaltmaq üçün yaxın günlərdə istifadə ediləcək.