ABŞ vitse-prezidentinin evinə hücum edən şəxs müəyyən edilib

7-01-2026, 11:38           
ABŞ vitse-prezidentinin evinə hücum edən şəxs müəyyən edilib
ABŞ vitse-prezidenti Ceyms Devid Vensin evinə hücumdan sonra saxlanılan 26 yaşlı Uilyam DeFur adlı şəxs Demokrat Partiyasının zəngin donorunun oğludur.

Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" xəbər verir.

Məlumatına görə, gəncin atası Harvard Universitetini bitirib və həkim kimi uğurlu karyera qurub. O, müvafiq olaraq 2020 və 2024-cü illərdə Co Bayden və Kamala Harrisin prezidentlik kampaniyalarına minlərlə dollar ianə edib. Həkim uzun müddətdir Demokrat Partiyasının tərəfdarıdır.

Xatırladaq ki, yanvarın 5-ə keçən gecə Vensin evinin pəncərələri çəkiclə sındırılıb. Hadisə baş verən zaman vitse-prezident və ailəsi evdə olmayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]