Ukrayna və ABŞ Rusiyayla müharibənin başa çatdırılmasının əsas elementlərini müzakirə ediblər

8-01-2026, 11:34           
Ukrayna və ABŞ Rusiyayla müharibənin başa çatdırılmasının əsas elementlərini müzakirə ediblər
Ukrayna və ABŞ Parisdə növbəti məsləhətləşmə raundunu keçirərək müharibənin başa çatdırılması üzrə əsas çərçivənin mühüm elementlərini və liderlər səviyyəsində gələcək təmasların mümkün formatlarını müzakirə ediblər.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov öz “Telegram” kanalında bildirib.

O qeyd edib ki, ABŞ tərəfindən danışıqlarda xüsusi nümayəndə Stiven Uitkoff, ABŞ-nin Fransadakı səfiri Çarlz Kuşner, Donald Trampın kürəkəni Cared Kuşner və Ağ Evin əməkdaşı Coş Qruenbaum iştirak ediblər. Ukrayna tərəfindən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Andrey Qnatov, Prezident Ofisinin rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kislitsa, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Axramiya və Prezident Ofisinin müşaviri Aleksandr Bevz iştirak ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]