İrana od qoyurlar: Qasım Süleymaninin abidəsi yandırıldı - VİDEO

8-01-2026, 07:58           
İrana od qoyurlar: Qasım Süleymaninin abidəsi yandırıldı - VİDEO
Musavat.com xəbər verir ki, İranın ən dindar şəhərlərindən biri sayılan Kaşanda etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaniyə ucaldılmış abidəni yandırıblar.

Hadisə gecə saatlarında baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə abidənin alova büründüyü, ətrafda isə etirazçıların olduğu görünür.

Qasım Süleymani İran hakimiyyəti tərəfindən “milli qəhrəman” kimi təqdim olunur və onun abidəsinə qarşı bu addım ölkədə etirazların hansı həddə çatdığını göstərən simvolik hadisə kimi qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]